SAT | 15 JUN 19
START: 23:59

Techno dairələrində Cassegrainin təqdim olunmağa çox da ehtiyacı yoxdur. Prologue, Infrastructure New York, Killekill və digər nəhəng leybllarda elədikləri relizlər ilə onlar, öz adlarını bu səhnədə köklü olaraq həkk etdiriblər.

Bu qrupun arxasında, Barselonada Redbull Music Academy-də tanış olan Alex Tsiridis və Hüseyin Evirgen dayanır. İlk dövrlərdə onların əməkdaşlığı elektron poçtla qurulsa da növbəti illərdə onlar Berlinə köçür və eyni studiyanı paylaşmağa başlayırlar.

2016-cı ildə ikili, keçmiş ləqəbinə yeni həyat verərək “Arcing Seas” adlı leyblı yaratmağa qərar verir. Bu leyblda onlar əsasən öz treklərini və bununla yanaşı The Mover, Peder Mannerfelt və Shifted kimi janrın öncül artislərinin remixlərini işıq üzərinə çıxarıblar.

Onlar dünyanın ən əzəli techno klubları Griessmuehle-dən tutmuş, Tresor, Berghain, ://about blank, Funkhaus Berlin, BASIS, Bassiani-ə kimi məkanlarda öz çıxışları ilə yadda qalmışlar.

Tsiridis və Evirgen əməkdaşlıqlarını daha da genişləndirərək digər artistlərlə də birgə layihələr üzərində çalışırlar. Buna Tin Man-la işlədikləri EP-ləri misal gətirmək olar. Bu əməkdaşlıq hətta LIVE çıxışlara qədər də irəliləmişdir. Qeyd etmək lazımdır ki, Alex və Hüseyin solo layihələri üzərində də aktiv olaraq işləyirlər.

Hüseyin Evirgen, Magna Pia olaraq ilk trekini Counterchange-də, Alex Tsiridis isə Rhyw olaraq Rotterdamın Tar Hallow və Shiftedin Avian leyblında işıq üzünə çıxarıblar.

Bundan əlavə Cassegrain Warm Up, Semantica, Bassiani, Dynamic Reflection, Konstrukt, Ostgut Ton kimi fundamental leybllarda relizlər etmişdilər.

■ CASSEGRAIN
https://soundcloud.com/cassegrain
https://www.residentadvisor.net/dj/cassegrain

■ GEORGE EFFE
https://soundcloud.com/george-effe
https://www.residentadvisor.net/dj/georgeeffe

■ IRSHAD HUSSEIN
https://soundcloud.com/irshadhussein
https://www.residentadvisor.net/dj/irshadhussein

TICKETS: ON DOOR ONLY – 10 AZN

ARTWORK: https://az.wikipedia.org/wiki/Həsən_bəy_Zərdabi

SUPPORT: JAGERMEISTER

INFO SUPPORT: https://varyox.az/xod-ver/in/

http://inclubbaku.com/