Newa – Gürcü DJ və musiqi prodüseri.

O, sürətlə inkişaf edən Gürcüstan elektronik musiqi səhnəsinin öncül artistlərindən biridir.

Newa, sırf texno istiqamətində olan ilk relizi “AC” EP-ni Blackbird Records-da çıxarmış və bu relizlə o, 2013-cü ildə “Electronauts” elektronik musiqi mükafatlarında ilin ən yaxşı EP albomu nominasiyasında qalib olmuşdur.

2016-cı ildə o, növbəti relizini Varg, Abdulla Rashim və Avi Musaifi kimi artistlərlə birlikdə gürcü leyblı Bassiani Records-da 12’ vinildə [BAS002] işıq üzünə çıxarmışdır. Daha sonra isə başqa bir gürcü leyblı Icontrax-da da reliz etmişdir.

Newanın trekləri Semantica, Sub.Spiele Records, Chineurs de Techno, Reclaim Your City kimi leybllarda da işıq üzü görür.

Ben Klock-un leyblı Klockworks-da reliz edən ilk qadın prodüser kimi o, öz dinamik və energetik DJ setləri ilə ADE (Amsterdam Dance Event)-dən tutmuş Benin ‘Photon’’ elektronik musiqi tədbirləri seriyası, Awakenings, Berlinin Berghain, Tbilisinin Bassiani, Khidi, Amsterdamın Gashouderi, Monpellierin Institute klubuna qədər yaddaqalan çıxışları ilə seçilmişdir. Gələn il Newa ‘Photon’ seriyasında Dax J, Ben Klock, KiNK, Rødhåd və FJAAK kimi artislərlə birlikdə Londonun Printworks klubunda səhnə alacaq.

Onun musiqisi əsasən dark və hipnotik texno istiqamətindədir.

Newa artıq 3-cü dəfə iN üçün Bakıya gələcək.

■ NEWA
https://soundcloud.com/newa
https://www.residentadvisor.net/dj/newa/

■ GEORGE EFFE
https://soundcloud.com/george-effe
https://www.residentadvisor.net/dj/georgeeffe

TICKETS: ON DOOR ONLY – 10 AZN

ARTWORK: https://az.wikipedia.org/wiki/Ayna_Sultanova

SUPPORT: JAGERMEISTER

INFO SUPPORT: https://varyox.az/xod-ver/in/