iN’terpretation: 4 İL / 4 YEARS ANNIVERSARY

FRI | 15 MAR 19
START: 23:59

● Andrey Pushkarev – Rusiyalı DJ və musiqi prodüseri, Luck Of Access Records-un təsisçisi.

Onun musiqisi deep, melodik techno və duyğulu house yönündədir.

Pushkarevin trekləri Endless, Circus Company, LesIzmo:r və öz leyblı Luck Of Access-də işıq üzünə çıxır.

6000 civarında nadir vinil kolleksiyasına sahib musiqiçi, 2013-cü ildə, 5 ölkədə çəkilmiş, techno DJ-liyin gerçəklərini araşdıran «Kvadrat» adlı sənədli filmdə baş rolda yer almışdır.

Moskvalı DJ və vinil kolleksioneri Andrey Pushkarev, 2016-cı ilin payızında fəaliyyətininin 20 illiyini qeyd etmək üçün, ümumilikdə 20 ayrı şəhəri əhatə edən 4 aylıq “Northern Lights” adlı tura çıxıb. Bu turda ona Dana Ruh, tINI, Varhat və Cab Drivers kimi artistlər də qatılmışdılar.

O, Los Angelesdə, Mixmag Lab-da 1 saatlıq set ilə öz səslənməsini sərgiləmişdir.

Yanvarın 31-i Andrey Pushkarev, Buxarestdə Boiler Room tədbirində Thomas Melchior, Maayan Nidam, Oshana və Sepp kimi janrın öncül artistləri ilə birlikdə çıxış edib.

● Gio Shengelia – Gürcüstanlı DJ, Mtkvarze klubunun rezidenti.

Gio, Tbilisi elektronik musiqisinin pionerlərindən və ən dəyərli üzvlərindən biridir.

Onun Bakı elektronik musiqi mədəniyyətinin inkişafı üçün göstərdiyi dəstək danılmazdır.

● ANDREY PUSHKAREV
https://soundcloud.com/andrey-pushkarev
https://www.residentadvisor.net/dj/andreypushkarev

● GIO SHENGELIA
https://soundcloud.com/gioshengelia
https://www.residentadvisor.net/dj/gioshengelia

● CESTLEK
https://soundcloud.com/cestlek
https://www.residentadvisor.net/dj/cestlek

● MOZZY
https://soundcloud.com/deejay_mozzy
https://www.residentadvisor.net/dj/djmozzy

TICKETS: ON DOOR ONLY – 10 AZN

INFO SUPPORT: https://varyox.az/xod-ver/in/

http://inclubbaku.com/