Bir illik fasilədən sonra, iN’terpretation-nun açıq havada keçirilən tədbir silsiləsi yenidən meşəyə qayıdır. Yeni adlar ilə, amma dəyişməyən olan unudulmaz hisslər yaşadan tədbirlər, sevdiyimiz məkana qayıdır. Bu yayın ilk tədbirinin qonağı Giammarco Orsini olacaq.

İtaliyada doğulub və Berlində yaşayan DJ və prodüser Giammarco Orsini qısa müddət ərzində underground səhnənin sevgisini və rəğbətini öz ahəng setlərinin sahəsində qazanmışdır. Giammarco Orsini, House, Techno, Electro və Progressive janrlarının çalarlarından ilhamlanaraq, texnikasının incəliyi ilə hər çıxışını dinləyicilər üçün qulaq asılıb unudulmayan təcrübə yaradan DJ-lərdəndir.

Giammarconun DJ olaraq ən güclü tərəflərindən biri, onun geniş musiqi kolleksiyası, 10 illərlə yığılan və dərin axtarışların bəhrəsidir. Onun vinil çantası özündə həm unudulmayan köhnə zamanların vinillərini, həmçinin yeni dövrün treklərini birləşdirir. Musiqi kolleksiyası ilə, dünyanın bir çox klublarında, Fabric və Panorama-nın rəqs meydançasında olan insanlara rəngarəng duyğular yaşadıb.

Giammarco üçün, DJ-lik birləşmələrdən ibarətdir, treklərin/vinillərin bir-birinin arasında olan ahənglərin birləşməsidir, və bu dərin bağlardan həzzi alan insanlardır.

Biz isə, sizləri bu birləşmədən həzz almağa dəvət edirik.