SAT | 27 APR 19
START: 23:59

Yaradıcılıq mərkəzlərindən sayılan Roma şəhərində doğulub-böyüyən Noha-nın, gənc yaşlarından incəsənətə, xüsusilə də musiqiyə heyranlığı var idi.

Berlinə köçdükdən sonra o, 2014-cü ildə Nabuco Records-u yaradır. Bu leybl, yeni başlayan artistlər və onun öz seçilən musiqiləri üçün faydalı bir platformaya çevrilərək janrın təcrübəli artistlərinin dəstəyini aldı.

Həmişə səyahət və kəşfiyyat sevgisi ilə yanıb-tutuşan Noha, bir müddət Yaponiyada da yaşamış və yaradıcılıqla məşğul olmuşdur. Bu, onun həyat və musiqi baxımından dünyagörüşünə ciddi şəkildə təsir edən bir təcrübədir.

Tokyo leyblı Vis Rev Set-də işıq üzünə çıxmış, “Persimmon” EP-i onun unikal və mürəkkəb səslənməsinin bariz nümunəsidir.

Noha-nın trekləri Berlin əsaslı Cabinet, Nllla (All Inn Records), Guliano Lomonte-nin Point of View, Archie Hamilton-un Moscow, Yoyaku Records-a bağlı Tartouffe kimi leybllarda reliz olunur.

Alex Tea ilə birlikdə təsis etdikləri PanickPanick! leyblında, Patagonia duosu adı altında reliz etdiyi “Chi Ci Pensa“ treki onun dünya elektronik musiqi səhnəsində diqqət mərkəzində olmasında böyük rol oynamışdır.

Növbəti relizlərindən Mandar-ın Oscillat leyblında, Lazare Hoche-nin remixinin daxil olduğu EP-ni və Mandar üçün etdiyi remixi qeyd etmək olar.

Live setlər üzərində də işləyən, İtaliyanın ən parlaq yeni istedadlarından biri olan Noha üçün 2019-cu ilin ən səmərəli il olacağı görünür.

● NOHA
https://soundcloud.com/noha_bekind
https://www.residentadvisor.net/dj/noha

● MOZZY
https://soundcloud.com/deejay_mozzy
https://www.residentadvisor.net/dj/djmozzy

● CESTLEK
https://soundcloud.com/cestlek
https://www.residentadvisor.net/dj/cestlek

● SOMNIUM
https://soundcloud.com/som-nium
https://www.residentadvisor.net/dj/somnium

ARTWORK – https://en.wikipedia.org/wiki/Azerbaijani_rug

TICKETS: ON DOOR ONLY – 10 AZN

INFO SUPPORT: https://varyox.az/xod-ver/in/

http://inclubbaku.com/