SAT | 27 OCT 18
START: 23:59

Guy Mantzur – Tel-Əvivli DJ və musiqi prodüseri, Münxendə yerləşən Plattenbank musiqi leyblının həmtəsisçisi.

O, musiqinin yalnız bir istiqaməti üzrə ixtisaslaşmayıb. Onun musiqisi özündə House, Progressive House, Tech-House və Techno-nu birləşdirir. Bu janrlardan ilhamlanıb onları özünəməxsus şəkildə birləşdirməklə Guy Mantzur, dünya səviyyəsində tanınmış DJ olmuşdur. Onun musiqisi hipnotik melodiyaları və cazibədar dinamikliyi ilə seçilir.

Guy Mantzur-un musiqiləri mütəmadi olaraq TV şou, musiqi sıralamaları və soundtrack kimi filmlərdə yer alır. O, 2013-cü ildən bəri Tel-Əvivin ən məşhur klubu The Cat & The Dog-un rezidentidir. Bu klubda Guy, Catz ‘n Dogz, Michel de Hey, Guy J, Aki Bergen, Tiesto, John Acquaviva, Joris Voorn, Dimitry, Layo & Bushwaka kimi dünya səviyyəli artistlərlə birlikdə çıxış etmişdir.

Guy Mantzur musiqi prodüsinqində Shlomi Aber, Lutzenkirchen, Guy J, Audio Junkies, Sahar Z, Michel de Hey, Neuroxyde, Joseph Disco kimi məşhur artistlərlə əməkdaşlıq edir.

Hernan Cattaneo B2B Guy Mantzur Burning Man Seti elektronik musiqi səhnəsində 2017-ci ilin ən yaddaqalan çıxışlarından olmuşdur.

O, Braziliyanın Warung Beach Club-unda 7 saatlıq seti və həmçinin Berlinin Watergate klubundakı çıxışı ilə fərqlənmişdir.

Bundan əlavə 2017-ci ildə o, dünya elektronik musiqi tarixinin ən böyük festivalları sırasında öndə gedən – Tomorrowland Festivalında da çıxış etmişdir.

2018-ci ildə Guy Mantzur, DJ Awards Ibiza-da ən yaxşı Progressive House nominasiyasında seçilmişdir.

Guy Mantzurun musiqiləri Kompakt, Diynamic, Lost & Found, Systematic və Bedrock kimi tanınmış musiqi leybllarında işıq üzü görür.

Hiptonik Guy Mantzur musiqisi sizi kosmosa aparıb geri gətirə biləcək bir enerjiyə sahibdir.

▫️GUY MANTZUR
https://soundcloud.com/guy-mantzur
https://www.residentadvisor.net/dj/guymantzur

▫️BUNBECK
https://soundcloud.com/cavid-bunyatov

▫️RONFOLLER
https://soundcloud.com/ronfoller

TICKETS: ON DOOR ONLY – 15 AZN
ADDRESS: JEYHUN SALIMOV