SAT | 24 NOV 18
START: 23:59

The Mekanism – House musiqisində dərin kökləri olan Parisli DJ və musiqi prodüseri.

Play It Say It, Needwant and 2020 Vision kimi leybllarda relizləri, saysız-hesabsız remixləri ona musiqisini sürətli şəkildə inkişaf etdirməyə və Ibizanın ən əfsanəvi partilərində rezident olmağa şərait yaratmışdır.

2015-ci ilin yayında Seth Troxler-in leyblı Play It Say It-də etdiyi səs-küylü relizi “Acid Love” bu leyblla olan münasibətləri gücləndirdi və nəticədə 2017-ci ildə The Mekanism debüt mini LP albomu “Breath”-i işıq üzünə çıxardı.

Son üç ildir ardıcıl olacaq çıxış etdiyi BPM Festivalından tutmuş, rezidenti olduğu Parisin Faust klubuna qədər, öz təbii keyfiyyət və bacarıqları ilə musiqi sevərlərin könlünü almağı bacarmışdır.

O, son 3 ildir Ibizada Antz, Ushuaia və 2 ildir Hï Ibiza-da rezidentdir.

The Mekanism, 2018-ci ilin may ayında Leonardo Gonnelli ilə birlikdə üzərində çalışdığı yeni EP-ni Play It Say It Records-da işıq üzünə çıxarmağı planlaşdırır. Bundan başqa onun reliz və remixləri Moan və Housekeeping Records-da çıxacaq.

▫️THE MEKANISM
http://soundcloud.com/the-mekanism
http://www.residentadvisor.net/dj/themekanism

▫️BUNBECK
https://soundcloud.com/cavid-bunyatov

▫️BORA BORSICZKY
https://soundcloud.com/boraborsiczky

TICKETS: ON DOOR ONLY – 15 AZN
ADDRESS: JEYHUN SALIMOV