SAT | 15 DEC 18
START: 23:59

Silat Beksi – Ukraynalı DJ və musiqi prodüseri, Modeight Records-un təsisçisi.

Son vaxtlar demək olar ki, hər kəsin bu istiqamətdə olan musiqiyə seçici şəkildə maraq göstərdiyi bir dövrdə yalnız bəzi DJ-lər qalıcı təəssürat yarada bilir. Onlar musiqi sərhədlərini professional və məqsədli şəkildə genişləndirən, yeni sahələr kəşf edən niş artistlər və individuallardır.

Silat Beksi son 5 il ərzində məhz bu istiqamətdə dünya üzrə minimal sevərlərin qarşısında böyük təəssürat yarada bilib.

Özünəməxsus ritm və xüsusi səs quruluşları ilə o, emosional və enerjili musiqi stilini yaratmışdır.

Rumıniyanın Tzinah Records, Moskvanın Body Parts, Ukraynanın Mulen Records kimi record leyblları ila çalışaraq nəticədə 2014-cü ildə Silat, 10 trekdən ibarət ilk tam musiqi albomunu Mulen-də digital formatda çıxarmışdır.

Bu sahədə inkişaf edib ciddi səviyyələr qət etdikdən sonra istedadlı prodüser öz musiqisini və səslənməsini daha da təkmilləşdirərək 2016-cı ildə öz leyblı Modeight Records-u təsis edir və yalnız vinil relizləri etməyə başlayır.

Son zamanlarda onun musiqiləri Almaniyanın Pleasure Zone, Uelsin Dreams Are Not Inside, What You Want, Vivus Records və əlbəttə ki, Modeight-də işıq üzü görür. Diskoqrafiyasında onlarla 12” relizləri ilə o, Avropa underground səhnəsində öz möhürünü qoymuşdur.

Onun musiqisi inkişaf etməyə davam edir. Ritmik texno həssaslığı, breakbeat təsiri və isti atmosferik səslənmə ilə Silat Beksi hipnotik və həyəcanverici enerji yaradır.

● SILAT BEKSI
https://soundcloud.com/silat-beksi
https://www.residentadvisor.net/dj/silatbeksi

● CESTLEK
https://soundcloud.com/cestlek
https://www.residentadvisor.net/dj/cestlek

● MOZZY
https://soundcloud.com/deejay_mozzy
https://www.residentadvisor.net/dj/djmozzy

ARTWORK – https://en.wikipedia.org/wiki/Azerbaijani_rug
TICKETS: ON DOOR ONLY – 10 AZN