SAT | 31 DEC 18
START: 23:59

Animal Picnic – İspaniyalı prodüserlər Daniel Banker və Inigo de la Riera tərəfindən yaradılan techno & house duo.

İkili rəsmi olaraq 2012-ci ildə yaranıb. 2013-cü ildə Ibiza-da keçirdikləri səmərəli mövsümdən sonra onlar üçün yaradıcılıq və dəstək imkanları yaranmış və genişlənmişdir.

2016-cı ildən etibarən onların karyerası tamamilə formalaşmağa başlamışdır. “Sinopsia”, “Euphony” və “Vortex” EP albomları, remixləri və birgə əməkdaşlıqları ilə onlar, elektronik musiqidə öz möhürlərini qoyublar.

İkili Ibiza Global Radio-nun rezidentləri olmuşlar. Rusiya, Amerika, B.Ə.Ə (Dubay), Almaniya, İspaniya, Portuqaliya, Latviya, Puerto Riko və Ukrayna kimi ölkələrdə də səhnə alıblar.

Hal-hazırda ikilinin musiqiləri daha çox Diynamic Music, Noir Music və Suara kimi məşhur leybllarda çıxır.

Bundan əlavə Animal Picnic-in trekləri mütəmadi olaraq Steyoyoke, Parquet Recordings, Sleazy Deep, Dear Deer, Spirit Soul Records və Kumasi kimi leybllarda işıq üzü görür.

İkili musiqidə irəliləməyə və yeni sahələri kəşf etməyə davam edirlər. 2014-cü ildən etibarən onlar öz səslənmələrini daha öncə müraciət etdikləri dark və bass əsaslı musiqi yönündə istiqamətləndirməyə başladılar.

▫️ANIMAL PICNIC
https://soundcloud.com/animal-picnic
https://www.residentadvisor.net/dj/animalpicnic

▫️BUNBECK
https://soundcloud.com/cavid-bunyatov

▫️RONFOLLER
https://soundcloud.com/ronfoller

TICKETS: ON DOOR ONLY – 30 AZN
ADDRESS: JEYHUN SALIMOV